Image

“Aztrubservis” müəssisəsi haqqında

“Aztrubservis” müəssisəsi Azərbaycan Respublikasının 01 iyul 1997-ci il tarixli “Müəssisələr haqqında” qanuna müvafiq qaydada, müxtəlif təsərrüfat, kommersiya və digər növ fəaliyyət göstərmək məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 29 avqust 1996-cı il tarixdə, 30689 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. “Aztrubservis” müəssisəsi müstəqil kommersiya fəaliyyəti göstərən fərdi müəssisədir. Müəssisənin identifikasiya kodu: 3007590 Müəssisənin ünvanı: Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küç. 61

Müəssisənin fəaliyyətinin əsas istiqamətləri:

Dəmir beton boruların istehsalı ilə yanaşı "Azərsu" ASC-nin Respublikada apardığı su və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi ilə bağlı tenderlərdə fəal iştirak edir. Hal-hazırda şirkət yerli və xarici təşkilatlarla birlikdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrin icrasını həyata keçirir. Şirkətin əsas fəaliyyəti daim inkişaf edən ölkəmizin inkişafında biləvasitə iştirak etmək və şirkətin ixtisaslaşdığı sahə üzrə yeni nailiyyətlər əldə etməkdir.

Ünvan:

Azərbaycan Bakı ş. Nizami r-n Çobanzadə küç. 61A

  • Tel: +99412 374 91 00
  • Tel: +99450 210 32 81
  • Tel: +99455 210 32 81
  • E-mail: office@aztrubservis.com